AMB: Tam üzən məzənnəyə keçidin məqsədi makroiqtisadi sabitliyə nail olmaqdır
- 12.12.2016, 11:52,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Biz bu ilin əvvəlindən artıq üzən məzənnə rejimində çalışırıq. Bunu təsdiq edən fakt odur ki, artıq Mərkəzi Bank fevral ayından bazarda öz valyutasını satmır".
APA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) sədri Elman Rüstəmov bildirib.
E. Rüstəmov qeyd edib ki, bu gün bazarda tələb təklifi üstələyir: "Buna görə, tam üzən məzənnəyə keçid ciddi hazırlıq tələb edir. Biz bu plana uyğun olaraq işləyirik. Bizim əsas məqsədimiz makroiqtisadi sabitliyə nail olmaqdır".