İsmayıllıda növbəti güclü zəlzələ olub
- 13.12.2016, 11:15,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İsmayıllı rayonunda bu gün növbəti zəlzələ baş verib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ dekabrın 13-də saat 04:33-də Pirquludan 13 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 4.5 olan, 9 km dərinlikdə baş verən yeraltı təkan episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
***
Azərbaycanda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, dekabrın 13-də yerli vaxtla saat 04:32-də Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb. 4.4 maqnitudalı yer sarsıntısı 8 km dərinlikdə baş verib. Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.