Yevlaxda yol qəzasında qayınata və gəlin ölüb

Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsində qayınata və gəlin ölüb.

APA-nın xəbərinə görə, "VAZ 2106", "VAZ 2107" və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində "VAZ 2107" markalı maşının sürücüsü İslam İsmayılov və 39 yaşlı gəlini Səadət İsmayılova hadisə yerində dünyasını dəyişib.

Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasından APA-ya bildirilib ki, hadisə yerinə çağrılan həkim birqadası qəzada xəsarət alan bir nəfəri, “Mitsubishi” markalı maşının sürücüsü, Yevlax rayon Aşağı Bucaq kənd sakini, 1959-cu il təvəllüdlü Əhmədov Vəliyəddin Əhməd oğlu xəstəxanaya çatdırıb.

V. Əhmədovun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Habil Məmmədov

***


Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 12-də saat 14.00 radələrində Yevlax rayonunun Aşağı Bucaq kəndində olub.

Yevlax şəhər sakinləri Vəliyəddin Əhmədovun idarə etdiyi "Mitsubishi", İslam İsmayılovun və Əlizamin Abdullayevin idarə etdikləri VAZ markalı avtomobillər toqquşub. Nəticədə İ. İsmayılov və sərnişini, Mingəçevir şəhər sakini Səadət İsmayılova hadisə yerində ölüblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri