Netanyahu: “Azərbaycan müsəlman dünyasının vacib ölkəsidir”

“Azərbaycan və Qazaxıstan müsəlman dünyasının vacib və böyük ölkələridir”.

APA-nın məlumatına görə, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana səfərindən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycanla Qazaxıstan müsəlman dünyasının iki böyük və vacib ölkəsidir. Bizim məqsədimiz onlarla siyasi, maliyyə və təhlükəsizlik sahəsində münasibətləri gücləndirməkdir. Vaxtaşırı İsrail ilə bağlı eşitdiklərinizdən fərli olaraq, İsrail nəinki siyasi təcriddən əziyyət çəkir, tam əksinə, bu ölkələr İsraillə münasibətlərini gücləndirmək istəyir. Asiya, Afrika, Latın Amerikası ölkələri ilə münasibətlərimizi gücləndirdikdən sonra indi növbə müsəlman dünyasının vacib ölkələrinə çatıb”.


B. Netanyahu ilk dəfə 20 il əvvəl baş nazir kimi Azərbaycana səfər etdiyini və prezident Heydər Əliyevlə görüşdüyünü xatırladıb. O, hazırkı səfərini davamlılıq və vacib irəliləyiş adlandırıb.

B. Netanyahu Azərbaycandan Qazaxıstana yola düşəcək.
Şərhlər
Siyasət bölməsinin xəbərləri