Füzulidə 70 yaşlı qadın özünü asıb
- 26.06.2013, 14:01,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Füzuli rayonunda intihar hadisəsi baş verib.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb. Kənd sakini, 70 yaşlı Leyli Qarayeva yaşadığı evdə özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.