Qəbələ 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı elan olunub
- 26.06.2013, 14:03,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2013-cü ildə Qəbələ (Azərbaycan), Gümrü (Ermənistan) və Mogilyov (Belarus) MDB-nin mədəniyyət paytaxtları elan olunub.
APA-nın məlumatına görə, bu barədə MDB ölkələri Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondun müşaviri Aleksandr Luçaninov bildirib.
Onun sözlərinə görə, iyunun 29-da Qəbələdə “MDB-nin mədəniyyət paytaxtları - 2013” dövlətlərarası proqramının təntənəli açılış mərasimi keçiriləcək.
Mərasimə fondun İdarə Heyətinin sədri Polad Bülbüloğlu və MDB ölkələrinin nümayəndələrindən ibarət böyük heyət qatılacaq. 28-30 iyun tarixlərində tədbir çərçivəsində dəyirmi masalar və panellərin təşkil olunması nəzərdə tutulub.
Açılış mərasimi ilə əlaqədar Qəbələdə MDB ölkələrindən olan yaradıcı kollektivlərin iştirakı ilə konsertlər təşkil olunacaq.