Bakıdan Gürcüstana gedən avtobus yük maşını ilə toqquşub, xeyli yaralı var
- 15.12.2016, 09:14,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax yolunun 72-ci km-də, Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Gürcüstana gedən sərnişin avtobusu “Schacman” markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində 20-yə yaxın şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 9-u xəstəxanalara yerləşdirilib, digərlərinə isə ilk tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Xəstəxanaya yerləşdirilən şəxslərin hamısı Gürcüstan vətəndaşlarıdır. Həmin şəxslərin adlı siyahısı:
1.Pərvanə Qaradalova 36 yaş
2. Rəfayel Aslanov 52 yaş
3. Mahir Aslanov 22 yaş
4. Kanan Abdullayev 23 yaş
5 Emin Məmmədov 33 yaş
6. Əbülfəz Şəmsiyev 28 yaş
7. Azər Meyxanov 41 yaş
8. Naib İsaqov 22 yaş
9. Ruslan Rəhimov 8 yaş
Faktla əlaqədar Bakı şəhər Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.