İlhamə Quliyeva: “Bu cavabı onun kimliyini ortaya qoyur"

İlhamə Quliyeva: “Bu cavabı onun kimliyini ortaya qoyur" Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova İlhamə Quliyevanın ünvanına sərt ittihamlar səsləndirib. Xalq artisti özünün “İnstagram” səhifəsində İlhamə Quliyevanın ünvanına bu sözləri deyib:

“Azərbaycan qadınının, Azərbaycan sənətçisi adına ləkə gətirən yeganə və tək namizəd sizsiniz, İlhamə Quliyeva”.

Müğənninin bu ittihamına cavab özünü çox gözlətməyib. Xalq artisti İlhamə Quliyeva “Qafqazinfo”ya zəng edərək bunları deyib:

“Mən Nizami Cəfərovun açıqlamasına reaksiya vermişdim və millət vəkilini dəstəkləyərək bildirmişdim ki, xalq artistləri arasında etikadan kənar davranışlar yolverilməzdir və onlar cəzalandırılmalıdırlar. Göründüyü kimi, tərəflərdən heç kimi təhqir etməmişdim. Aygün Kazımovanın mənə bu şəkildə cavabı onun kimliyini ortaya qoyur. Kim-kim, heç olmasa, Aygün danışmasın... Bu sözlərinə görə o, qanun qarşısında, hüquqi müstəvidə cavab verəcək”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri