Müğənni Günay İbrahimli yol hərəkəti qaydalarını pozması barədə yayılan xəbərlərə münasibət bildirib.
Live.azlifenews-a istinadən xəbər verir ki, sənətçi sükan arxasında mobil telefon əldə saxlamaqla ondan istifadə edib və selfi çəkdirib. Bu çarxı özü instaqramda bölüşüb.
Bu məqam bir çox izləyəcinin xoş gəlməyib və qınaq mövzusuna çevrilib. Müğənni isə öz növbəsində bu haqda fikrini bildirib.
Sənətçi instaqramda qanuna uyğun olaraq cəriməsini ödəyəcəyini qeyd edib:
“Mən artıq neçə ildir ki, sürücüyəm. Təcrübəm böyükdür, bu günə kimi heç bir qəza törətməmişəm. Bu səbəbdən "selfie" çəkən zaman çaş-baş qalmamışam. Ancaq göründüyü kimi videoda qayda pozmuşam, boynuma alıram. Qanunda yazılan cəriməni ödəyəcəm, ümid edirəm ki, bir daha bu cür addım atmayacam".
Səhvini başa düşən müğənni, bu addımı ilə müğənni rəğbət qazanıb.