Aygün Kazımova küsülü olduğu həmkarı ilə bir arada

Xalq artisti Aygün Kazımova uzun müddət küsülü olduğu müğənni Elton Hüseynəliyev və xanımı ilə bir araya gəlib.

E.Hüseynəliyevin xanımı Toma birlikdə çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, müğənnilər arasında bir müddət əvvəl xoşagəlməz hal yaşanmış və onlar küsmüşdü. E.Hüseynəliyevin A.Kazımova ilə bağlı bəzi sözləri qarşı tərəfin xoşuna gəlməmişdir.

Bir müddət keçdikdən sonra isə E.Hüseynəliyev açıqlama verərək, A.Kazımovaya qarşı yanlışlıq etdiyini söyləmiş və barışıq addımı atmışdı:

"Ölkənin ən böyük ulduzudur. Çoxu deyə bilər ki, əvvəl başqa danışırdı, indi başqa. Bir az zaman keçəndən sonra insan fikirləşir, səhvini başa düşür. Söz-söhbət başlayanda, barışıq üçün ilk kişi addım atmalıdır. Oturub gözləməyəcəm ki, xanım mənə zəng vursun. Aygün xanımla münasibət yaxşı deyildi, zəng vurdum, könlünü aldım. O da barışıq istəyimi geri çevirmədi".



milli.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri