Müğənni Natavan Həbibi "Şou məkan" verilişinə maraqlı açıqlamalar verib.
Live.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, nişanlandığı deyilən Natavan barmağında üzüyünün olmamasını belə izah edib:
“Yox, mən heç nəyi özüm demirəm. Kim nə deyib, kim nə eşidib özünüz araşdırın. Üzüyüm barmağımda olanda siz heç fikir verməmişdiniz. Bu gün yaddan çıxıb bəlkə, çantamdadır. Mən bu haqda heç nə demirəm, deməyəcəm də. Bu, mənim şəxsi işimdir. İstəmirəm ki, kimsə məndən daha çox məlumatlı olsun. Mən heç kimin şəxsi işi ilə maraqlanmıram.
Ona görə də, istəmirəm kimsə mənim şəxsi işimlə maraqlansın, müdaxilə etsin. Bu, çox ciddi məsələdir, qarşı tərəf çox ciddi insanlardır. Ona görə də, biz bunu şou naminə etməyəcəyik. Kimsə görsün, müzakirə etsin. Bunlar bizə lazım deyil. Mahnılarımızdan danışsınlar”.
Müğənni evləndikdən sonra şou-biznesdən gəlir əldə etməyi bir kənara qoyub, necə deyərlər, ər çörəyi yemək istədiyini söyləmişdi. O, bu məsələyə belə aydınlıq gətirib:
“Demək olar ki, artıq, sənətlə məşğulam. Elə məclislər var ki, mən ora mütləq getməliyəm. Ancaq sənətlə məşğul oluram. Saytlar, televiziyalar və şou proqramlar artıq yoxdur”.