"Türk Hava Yolları"na məxsus təyyarə yenidən partlayış təhlükəsi ilə bağlı təcili eniş edib

"Türk Hava Yolları"na məxsus təyyarə yenidən partlayış təhlükəsi ilə bağlı təcili eniş edib Bu gün səhər saatlarında İstanbuldan Diyarbəkırə uçan "Türk Hava Yolları"na məxsus təyyarə partlayış təhlükəsi ilə təcili eniş edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin "TRT Haber" telekanalı məlumat verib.

Məlumata görə, təyyarənin salonunda ingilis dilində "təyyarədə bomba var" sözləri yazılmış kağız vərəqi aşkarlanıb.

Təyyarə İstanbulda yerləşən "Atatürk" hava limanına təcili eniş edəndən sonra polis və təhlükəsizlik orqanları təyyarənin salonuna baxış keçiriblər.

Son məlumatlara görə, təyyarəyə baxış zamanı heç bir partlayıcı maddə aşkarlanmayıb.

Xatırladaq ki, ötən gün İstanbuldan Əfqanıstanın paytaxtı Kabilə uçan "Türk Hava Yolları"na məxsus təyyarə də partlayış təhlükəsi ilə təcili eniş edib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri