Ərdoğan Rusiya, ABŞ və Almaniya liderləri ilə Hələbdəki vəziyyəti müzakirə edib
- 16.12.2016, 09:50,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Suriyanın Hələb şəhərindəki vəziyyəti Rusiya, ABŞ və Almaniya liderləri Vladimir Putin, Barak Obama və Angela Merkel, habelə BMT-nin yeni seçilmiş baş katibi Antoniu Quttereşlə Hələbdəki vəziyyəti müzakirə edib. APA-nın xəbərinə görə, Ərdoğan bu barədə Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
“Əgər biz Suriya probleminin həll olunmasını istəyiriksə, Hələbdəki vəziyyət nəzarətə alınmalıdır. Mən hörmətli Putin və Quttereşlə bir neçə dəfə telefon danışıqları aparmışam. Mən xanım Merkellə də danışmışam, o da istənilən yardımın göstərilməsinə hazır olduğunu bildirib. Mən Obama ilə də uzun danışıq aparmışam. Biz yalnız Suriya deyil, İraqı da müzakirə etdik”, - deyə Ərdoğan bildirib.
Ərdoğanın sözlərinə görə, o, Obamanı İraqın PKK-nın fəaliyyət göstərdiyi Tələfar və Sincar bölgələrində vəziyyətin arzuolunmaz istiqamətdə inkişaf edəcəyi təqdirdə Türkiyənin məsuliyyətliliyinin əhəmiyyəti barədə məlumatlandırıb.
“Mən Obamaya bizim narahatlığımızı çatdırdım. O, Amerikanın nə cür yardım edə biləcəyini soruşdu, mən isə onunla öz fikirlərimi bölüşdüm”, - deyə Ərdoğan bildirib.