Faiq Ağayev gileyləndi: Səy yığınıdır!
- 16.12.2016, 23:19,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Belə də zülm olar? Konsert keçirəcəyim haqda xəbəri eşidər-eşitməz, yenə köhnə üsullara əl atıb, hücuma keçiblər.
Live.Az xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev sosial şəbəkədə yazıb.
Müğənni bildirib ki, konsert üçün dövriyyəyə saxta dəvətnamə buraxıblar:
"Belə də zülm olar?
Konsert keçirəcəyim haqda xəbəri eşidər-eşitməz, yenə köhnə üsullara əl atıb, hücuma keçiblər.
İşimə pəl vurmaqdan ötrü bilmirlər daha nələr etsinlər.
Bir həftədir ki, dövriyyəyə su qiymətinə saxta "dəvətnamə" atıblar - susuram.
İndi də başlayıblar şayiə buraxmağa ki, guya konsertdə fonoqramla oxuyacağam.
Gözünüz nə vaxt doyacaq? Dil-ağzınız nə vaxt yalandan usanacaq? Adam deyillər e, səy yığınıdır!
Camaatı gic yerinə qoymusuz?! Kiriyin də!!!".
Xatırladaq ki, dekabrın 29-da xalq artisti Faiq Ağayev ölkənin əsas səhnəsi olan Heydər Əliyev Sarayında növbəti solo konsert proqramı ilə çıxış edəcək. Sənətkarın 45 illik yubileyinə təsadüf edən proqram "F.A Made in Azerbaijan" adlanır. 3 saatlıq konsert proqramında müğənni yeni mahnıları ilə yanaşı, yaddaşlardan silinməyən hitlərini də səsləndirəcək.