Varşavada polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

Polşanın paytaxtı Varşavada polis etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

APA-nın məlumatına görə, bu barədə “Wyborcza” qəzeti xəbər verib.

Polis rəsmiləri gözyaşardıcı qazdan istifadə olunduğunu təkzib edib, insident nəticəsində xəsarət alan və saxlanılanların olmadığını vurğulayıb.

“Polis yalnız deputatların avtomobillə yola düşmələrinə maneə olanlara qarşı güc tətbiq edib”, deyə Varşava polisinin mətbuat katibi Mariuş Mrozek bildirib.

“Wyborcza” qəzetinin məlumatına görə, bir çox deputatlar bundan əvvəl mühasirəyə alınan parlament binasını tərk edə biliblər.

***



Polşanın paytaxtı Varşavada minlərlə etirazçı parlamentin binasını mühasirəyə alıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, etirazçılar deputatlara parlamentin binasını tərk etməyə imkan vermirlər.

Müxalifət partiyalarının qənaətinə görə, Seymdə 2017-ci il üçün dövlət büdcəsi qanunvericiliyə uyğun şəkildə qəbul edilməyib.

Hadisə yerinə çox sayda polis cəlb edilib. Hüquq-mühafizə orqanları aksiyasının iştirakçılarından ərazini tərk etməyi tələb edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri