Yunanıstanın Baş naziri "Şahdəniz" konsorsiumunun nümayəndələri ilə görüşüb

Yunanıstanın Baş naziri "Şahdəniz" konsorsiumunun nümayəndələri ilə görüşüb Yunanıstanın Baş naziri Antonis Samaras bu gün Afinada Azərbaycan qazının Avropaya nəqli üçün TAP boru kəmərinin seçilməsi ilə əlaqədar "Şahdəniz-2" konsorsiumunun nümayəndələri ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə Yunanıstanın ANA-MPA agentliyi xəbər yayıb.

Yunanıstan hökuməti Transadriatik (TAP) qaz kəmərini dəstəkləyir.

TAP layihəsi Xəzər regionundan Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, buradan da Qərbi Avropaya qaz nəqlini nəzərdə tutur.

Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsi çərçivəsində istehsal ediləcək qaza bu layihənin əsas mənbəyi kimi baxılır.

TAP boru kəmərinin ilkin gücü 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyon kubmetr qaz təşkil edəcək.

TAP-ın səhmdarları İsveçrənin AXPO (42,5 faiz), Norveçin "Statoil" (42,5 faiz) və Almaniyanın "E.ON Ruhrgas" (15 faiz) şirkətləridir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri