Yaxın perspektivdə Azərbaycanın əsas məqsədi "Hava-Hava", Hava-Yer" tipli raketlərin istehsalıdır
- 17.12.2016, 10:49,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Bu il dövlət sifarişi proqramı artıqlaması ilə yerinə yetirilib".
APA-nın məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Nazir qeyd edib ki, ötən ilin müvafiq dövri ilə müqayisədə bu il güc strukturlarına təhvil verilən müdafiə təyinatlı məhsulların həcmi 1,6 dəfə, çeşidi 1,8 dəfə artıb.
O, yaxın perspektivdə Azərbaycanın əsas məqsədləri sırasında uzaqmənzilli raketlərlə bərabər "Hava-Hava", Hava-Yer" tipli raketlərin istehsalı olduğunu bildirib: “Bununla bağlı artıq dünyanın aparıcı hərbi şirkətləri ilə ilkin razılıq da əldə olunub”.