Sevda Ələkbərzadə gənclərlə “Cəhənnəm Sakinləri”ni izlədi
- 17.12.2016, 11:20,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında "Cəhənnəm Sakinləri" tamaşasının nümayişi keçirilib.
ADDIM Gənclər Təşkilatının gənclər arasında mədəniyyət ocaqlarına getmə ənənəsini təbliğ etmək məqsədilə keçirdiyi layihənin bu dəfə ulduz qonağı əməkdar artist Sevda Ələkbərzadə olub. Layihə çərçivəsində gənclər yazıçı Elçin Əfəndiyevin "Cəhənnəm sakinlər"i tamaşasını izləyiblər.
Tamaşanın nümayişində eləcə də əsərin müəllifi, Azərbaycan Respublikası baş nazirinin müavini, xalq yazıçısı, dramaturq Elçin Əfəndiyev iştirak edib.
O, gənclər və layihənin iştirakçıları ilə xatirə fotosu çəkdirib, onlarla bərabər tamaşanı izləyib. Əməkdar artist Sevda Ələkbərzadə isə tamaşanı sona qədər məmnuniyyətlə izlədiyini və belə layihələrin cəmiyyətimiz üçün əhəmiyyətli olduğunu söyləyib.
Qeyd edək ki tamaşada baş rolları Səfa Mirzəhəsənov, Mələk Abbaszadə və Oleq Amirbəyov ifa edirlər. Tamaşada hadisələr 1937-ci ildə cərəyan edir və dövrün mövcud problemlərini əks etdirir. Tamaşanın rejissoru artıq 30 ildən çox Finlandiyada yaşayıb fəaliyyət göstərən Kamran Şahmərdan, musiqi tərtibatı finlandiyalı bəstəkar Erik Tompinen, tərtibatçı rəssamı isə Tatyana Tarakanovadır.
Tədbirdən olan fotoları oxuculara təqdim edirik: