Moskvanın “Şeremetyevo” hava limanında iki təyyarə toqquşub

Moskvanın “Şeremetyevo” hava limanında “Aeroflot” aviaşirkətinə məxsus “A 321” tipli iki təyyarə toqquşub.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, yedəyə alınan təyyarənin qanadı perronda dayanmış digər təyyarənin qanadı ilə toqquşub.

Məlumata görə, təyyarələrdə qəza zamanı heç kim olmayıb.

Qəzanın səbəbləri araşdırılır.
Şərhlər
Dünya bölməsinin xəbərləri