“Qarabağ” ikinci dövrdə liderliyini təmin edib
- 18.12.2016, 12:13,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Topaz Premyer Liqasında XIV tura yekun vurulub. APA-nın məlumatına görə, ilin son turunun bütün matçları eyni gündə baş tutub.
İkinci dövrənin yekun turuna Qəbələdə start verilib. Yerli komanda “Kəpəz”i qəbul edib. Görüş meydan shiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İkinci oyunda isə “Zirə” Sumqayıtda “gənclik şəhəri”nin eyniadlı komandasına qonaq olub. Bu oyunda da doğma meydanda çıxış edən komanda qalibiyyətə sevinib. "Kimyaçılar" tək qolla 3 xal qazanıblar.
İlin son paytaxt derbisində çempionatın autsayderləri görüşüb. AZAL mövsümdəki ilk qələbəsini bərbad oynayan "Neftçi" üzərində qazanıb. Tərlan Əhmədovun yetirmələri də bir qolla qələbəyə seviniblər.
Turun mərkəzi oyununda “Qarabağ” “İnter”i qəbul edib. Qolsuz bərabərliklə başa çatan oyun ağdamlıların ikinci dövrəni lider kimi başa vurnasını təmin edib. "İnter" isə 3-cü pillədəki yerini möhkəmlədib.
Topaz Premyer Liqası
XIV tur
17 dekabr (şənbə)
“Qarabağ” – “İnter” - 0:0
Suraxanı qəsəbə stadionu
“Sumqayıt” – “Zirə” - 1:0
Qol: Mirabdulla Abbasov, 15
Sumqayıt şəhər stadionu
“Neftçi” – AZAL - 0:1
Qol: David Canelidze, 79
"Dalğa Arena"
“Qəbələ” – “Kəpəz” - 2:1
Qollar: Filip Ozobiç, 23 (pen.); Ruslan Qurbanov, 84 (pen.) - Tural Axundov, 78 (pen.)
Qırmızı vərəqə: Renan Silva, 83
Qəbələ şəhər stadionu