FİFA: Rusiya baş nazirinin müavini barəsində heç bir tədqiqat aparılmır

Rusiya baş nazirinin müavini və Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko barəsində hər hansı təhqiqat aparılmır.

APA-nın məlumatına görə, bu barədə FİFA-nın Etika üzrə komitəsinin mətbuat katibliyi bildirib.

“Qeyd etmək istərdik ki, hazırda Vitali Mutko barəsində hər hansı təhqiqat aparılmır”, məlumatda vurğulanır.

İngiltərənin “Daily Mail” qəzeti bundan əvvəl qəzeti xəbər vermişdi ki, dopinq qalmaqalı ilə əlaqədar FİFA-nın Etika üzrə komitəsi Vitali Mutko barəsində ilkin tədqiqata başlayıb.

***



FİFA-nın Etika üzrə komitəsinin İstintaq Palatası Rusiya baş nazirinin müavini və Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko ilə bağlı ilkin təhqiqata başlayıb.

APA-nın “Daily Mail” nəşrinə istinadən verdiyi məlumata görə, FİFA V. Mutkonun rusiyalı idmançıların, xüsusən futbolçuların dopinqdən istifadəsi hallarının gizlədilməsində rolunu araşdırır.

Əgər V. Mutkonun idmançıların dopinqdən istifadəsi hallarını gizlətməsinə dair sübutlar tapılarsa, o, futbola bağlı istənilən fəaliyyətdən uzaqlaşdırılacaq. Eyni zamanda 2018-ci ildə Rusiyada keçirilməsi nəzərdə tutulan futbol üzrə dünya çempionatının başqa ölkədə keçirilməsi gündəmə gələ bilər.
Şərhlər
İdman bölməsinin xəbərləri