Bakıda yaşayış binasında yanğın olub, 20 nəfər təxliyə edilib
- 19.12.2016, 09:14,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 105 m2 olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, dəhlizi 23 m2 və aynabənd 10 m2 sahədə yanıb.
Yüksək temperaturdan mətbəxin, hamamın, lambirindən ibarət tavanı 10 m2 sahədə və 2 ədəd plastik qapi əriyib. Yanğın zamanı yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Yanğından mənzilin qalan hissəsi və qonşu mənzillər mühafizə olunub.
Yanğın saat 00.33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.