Ağstafada bir nəfəri vurub öldürən, ikisinə xəsarət yetirən sürücünün kimliyi məlum olub

Ağstafada 3 piyadanı vurub hadisə yerindən qaçan sürücünün kimliyi məlum olub.

APA-nın veridyi məlumata görə qəzanı törədən şəxs Ağstafa rayon sakin, 1992-ci il təvəllüdlü Rəşad Nazim oğlu İsmayılovdur.

O, idarə etdiyi “VAZ2105” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 3 piyadanı vurub. Piyadalardan Ağstafa şəhər sakini, 1959-cu il təvəllüdlü Tağıyeva Səlminaz hadisə yerində ölüb, onun oğlu 1983-cü il təvəllüdlü Tağıyev Əvəz və nəvəsi, 2001-ci təvəllüdlü Tağıyev Tunar isə müxtəlif dərəcələri xəsarətlərlə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

***

20:20

Ağstafa şəhərində avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub.

APA-nın məlumatına görə, yol-nəqliyyat hadisəsi Ağstafa şəhəri, Ü.Hacıbəyov prospektində baş verib.

Naməlum avtomobil bir ailənin üç üzvünü vuraraq hadisə yerindən qaçıb. Nəticədə Ağstafa şəhər sakini, 1959-cu il təvəllüdlü Tağıyeva Səlminaz ölüb, onun oğlu 1983-cü il təvəllüdlü Tağıyev Əvəz və nəvəsi, 2001-ci təvəllüdlü Tağıyev Tunar isə müxtəlif dərəcələri xəsarətlərlə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

***



Bu gün Ağstafa rayonunda minik avtomobili 3 nəfəri vurub.

APA-nın verdiyi məlumata görə, qəza nəticəsində bir qadın həyatını itirib, orta yaşlı kişi və azyaşlı uşaq isə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hüquq-mühafizə orqanları ölən qadının və xəsarət alanların şəxsiyyətini müəyyənləşdirir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri