İordaniyada polis girovları azad edib, 3 silahlı məhv edilib
- 19.12.2016, 09:17,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İordaniyanın Əl-Karak şəhərində polislə silahlılar arasında baş verən atışma nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərdən 7-si polis əməkdaşı və biri kanadalı turist olmaqla, 3 mülki şəxsdir.
İnsident zamanı azı 20 nəfərin yaralandığı bildirilir. Silahlıların girov götürdüyü 14 nəfər xüsusi əməliyyat nəticəsində azad olunub. “Əl-Ərəbiyə” telekanalının məlumatına görə, İordaniya xüsusi təyinatlıları 3 silahlını məhv edib, digərlərinin axtarışı davam etdirilir.
Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, ötən gün İordaniyanın Əl-Karak şəhərində bir qrup silahlı polis postuna hücum edib. Baş verən atışmadan sonra silahlılar 14 nəfəri girov götürərək yaxınlığdakı qədim qəsrdə gizləniblər.
***
İordaniyanın Əl-Karak şəhərində polislə silahlılar arasında baş verən atışma nəticəsində ölənlərin sayı 9-a çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə zamanı 5 polis və biri kanadalı turist olmaqla, 4 mülki şəxs ölüb.
Müxtəlif məlumatlara əsasən, silahlıların hücumu nəticəsində 30 nəfər yaralanıb.
Qeyd edək ki, bu gün İordaniyanın Əl-Karak şəhərində bir qrup silahlı polis postuna hücum edib. Baş verən atışmadan sonra silahlılar bir neçə nəfəri girov götürərək yaxınlığdakı qədim qəsrdə gizləniblər.
Girovların azad edilməsi və silahlı qrupun zərərsizləşdirilməsi əməliyyatı davam edir.
***
İordaniyanın qərbində yerləşən Əl-Karak şəhərində naməlum qrup polis şöbəsinə və turistlərin olduğu avtobusa hücum edib.
APA-nın “Sputnik” agentliyinə istinadən verdiyi məlumata görə, olay terror aktı hesab edilir.
Hücum nəticəsində biri kanadalı turist qadın olmaqla, 5 nəfər həyatını itirib. Atışma zamanı 9 nəfər də yaralanıb.
Hadisə yerinə antiterror qüvvələri cəlb edilib. Əməliyyat aparılır.