Rusiyada təyyarə qəzası baş verib

Rusiyanın Yakutiya vilayətində təyyarə qəzaya uğrayıb.

APA-nın “Ria-Novosti”-yə istinadən yaydığı məlumata görə, vilayətin Tiksi yaşayış məntəqəsi yaxınlığında “İL-18 markalı təyyarə yerə düşərək 3 hissəyə ayrılıb. Göyərtəsində 7-si ekipaj üzvü, 32 sərnişin olan təyyarə Müdafiə Nazirliyinə məxsusdur.

Rusiya FHN və Milli Aviasiyanın 3 helikopteri hadisə yerinə cəlb olunub.
Şərhlər
Dünya bölməsinin xəbərləri