Türkiyənin daxili işlər naziri: Rusiya səfirini öldürən polis əməkdaşıdır
- 19.12.2016, 23:49,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın Türkiyədəki səfiri Andrey Korlov xəstəxanada dünyasını dəyişib.
APA-nın məlumatına görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Nazir qeyd edib ki, hadisə baş vermiş incəsənət mərkəzinin ərazisinə dərhal çevik polis alayının əməkdaşları cəlb edilib.
O bildirib ki, silahlı hücumu Türkiyənin Aydın vilayətindən olan 1994-cü il təvəllüdlü, Ankara Cevik Polis Alayında xidmət edən Mövlud Mətin Altıntaş törədib. Silahlı hücumu törədən şəxs zərərsizləşdirilib.
Nazir, həmçinin, hadisə zamanı daha 3 nəfərin yaralandığını, onlardan birinin artıq evə buraxıldığını, daha iki nəfərin isə müalicəsinin davam etdiyini, onlardan birinin ayağından, digərinin isə qolundan yaralandığını qeyd edib.