Berlin polisi yük maşını ilə hücum edən şəxsi şahidin köməyi ilə saxlayıb

Berlin polisi yük maşını ilə hücum edən şəxsi şahidin köməyi ilə saxlayıb



Berlin polisi yük maşınını yarmarkada insanların üzərinə sürən şəxsi hadisə şahidinin köməyi ilə saxlayıb.

Bu barədə Trend RİA Novosti agentliyinə istinadən bildirir.

Məlumata görə, şahidlərdən biri bir müddət hücum edən şəxsi izləyib və onun yerini polisə məlumat verib.

Qeyd edək ki, ötən gün Berlində Milad yarmarkasında Paskistan əsilli Nəvid B. yük maşınını yüksək sürətlə insanların üzərinə sürüb. Hücum nəticəsində 12 nəfər həlak olub, 50-yə yaxın adam yaralanıb


***


İstintaqçılar hesab edirlər ki, yük avtomobili Berlində yarmarkada kütlənin üstünə bilərəkdən sürülüb.

Trend-in məlumatına görə, bu barədə TASS Berlin polisinə istinadən xəbər verib.

Qeyd edək ki, Berlində ötən gün naməlum şəxs yük avtomobilini Yeni il yarmarkasında insanların üzərinə sürüb və onları əzib.

Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 12 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Yük maşınının sürücüsü saxlanılıb. Hadisənin terror aktı olduğu ehtimal edilir.

***

Berlində naməlum şəxs yük maşınını insanlarınüzərinə sürüb və onları əzib.

APA-nın xəbərinə görə, bu barədə Berlin polisi özünün Tvitter hesabında yazıb.

İnsident nəticəsində 9 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Hadisə Yeni il yarmarkasında baş verib.

Yük maşınının sürücüsü saxlanılıb. Hadisənin terror aktı olduğu ehtimal edilir. Berlin polisi sakinləri evdən çıxmamağa çağırıb.

***


Almaniyanın paytaxtı Berlində terror hadisəsi baş verib.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, hadisə Yeni il yarmarkasında baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində 9 nəfər ölüb, xeyli yaralı var.
Şərhlər
Dünya bölməsinin xəbərləri