Gürcüstan Bakı-Tbilisi-Qars dəmiryolunun inşasının tezliklə başa çatmasında maraqlıdır
- 27.06.2013, 02:03,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Baş nazir Bidzina İvanişvili Gürcüstanın Bakı-Tbilisi-Qars dəmiryolunun inşasının tezliklə başa çatmasında maraqlı olduğunu bəyan edib.
Gürcüstanın Baş naziri bu gün NATO-nun Baş katibi Anders Foq Rasmussenlə görüşdən sonra keçirilən brifinqə deyib: "Biz canlı qüvvələrin və yüklərin Əfqanıstandan çıxarılmasında iştirak etmək üçün Bakı-Tbilisi-Qars dəmiryolunun inşasının tezliklə başa çatdırılmasında maraqlıyıq".
Onun sözlərinə görə, 2014-cü ildən sonra Gürcüstan kontingenti Əfqanıstanda qalacaq.
B.İvanişvili bir daha Əfqanıstanda həlak olan hərbçilərin xatirəsini yad edib: "Biz onlarla fəxr edirik və onların qəhrəmanlığı qarşısında baş əyirik. Gürcüstan kontingenti 2014-cü ildən sonra Əfqanıstanda aktiv iştirak etməkdə davam edəcək".