Prokuror İlhamə Quliyevanın köməkçisinə 8 illik həbs cəzası istəyib
- 20.12.2016, 13:38,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Live.Az APA-ya istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror M. Hüseynovaya 8 illik həbs cəzası istəyib.
Proses dekabrın 27-də davam etdiriləcək.
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.
İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.