“Borussiya”nın baş məşqçisi istefaya göndərilib
- 21.12.2016, 15:42,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Mönhenqladbax “Borussiya”sı baş məşqçisiz qalıb. APA Almaniya mətbuatına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi Andre Şubertlə vidalaşıb.
“Borussiya” rəhbərliyini adıçəkilən məşqçini istefaya göndərib. Məlumatı klubun rəsmi saytı da təsdiqləyib.
Şubertin klubdan göndərilməsinə “Borussiya”nın uğursuz nəticələrə imza atması səbəb olub.
Qeyd edək ki, Almaniya çempionatında 16 turdan sonra 16 xal toplayan “Borussiya” turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.