Gəncədə 5-ci mərtəbədən yıxılan 18 yaşlı qız sağ qalıb
- 22.12.2016, 23:25,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncədə 18 yaşlı qız beşinci mərtəbədən yıxılıb.
APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Dədə Qorqud küçəsi, bina №1-də baş verib. 1998-ci il təvəllüdlü Təzəgül Əliyeva 5-ci mərtəbənin eyvanında paltar asarkən oradan yerə yıxılıb. Ağır bədən xəsarətləri alan qız xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.