Britaniyada məhbuslar üsyan qaldıraraq həbsxana korpusunu ələ keçiriblər

Böyük Britaniyanın Kent qraflığında 50-dək məhbus üsyan qaldıraraq həbsxanadakı korpuslardan birini ələ keçiriblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Şeşi adasındakı “Swaleside” həbsxanasında baş verib. “Sky News”-ün məlumata görə, hazırda iğtişaşlar davam edir.

İnsident nəticəsində xəsarət alanların olub-olmadığı barədə xəbər verilmir.

Qeyd edək ki, dekabrın 16-da Birmingem qraflığındakı həbsxanalardan birində saxlanılma şəraitindən narazı olan 600-dək məhbus üsyan qaldırıb. Həbsxanaya tam nəzarət 12 saatdan sonra bərpa edilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri