Rusiyada "Boyarışnik" içkisindən ölənlərin sayı 74 nəfərə çatıb
- 23.12.2016, 10:07,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın İrkutsk şəhərində spirt tərkibli "Boyarışnik" içkisindən zəhərlənərək ölənlərin sayı 74 nəfərə çatıb.
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional idarəsindən bildirib. Məlumata görə, ümumilikdə konsentratdan 122 nəfər zəhərlənib. 31 nəfər isə stasionar müalicədədir.
Qeyd edək ki, dekabrın 17-də İrkutsk şəhərində saxta "Boyarışnık" maddəsindən kütləvi zəhərlənmə baş verib. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar 12 nəfər saxlanılıb.