Xatirə İslam: "Müğənnilərin pul qazanmaqları qutardı"
- 23.12.2016, 12:26,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
O-bu gəlib deyir ki, dostunam, mənim toyumda pulsuz oxu. Düşmənim mənə pul verəsi deyil ki? İnsana dost köməklik edər. Dost da gəlib deyir ki, hər şeyi pulsuz et. Onda biz acından yıxılıb ölərik.
Live.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında Xatirə İslam söyləyib.
Müğənni toyların qıtlığından şikayətlənib:
"Əvvəllər 10 toy olardı, sevinərdik. O qədər danışdılar ki, toyun da başını yedilər. Təsəvvür edin ki, ayda bir toy olanda sevinirik. 28 gün hazırlaşırsan ki, bir toyda çıxış edəcəksən. Müğənniləri bu günə qoydular. Üç-dörd ildən sonra hamı toyunu DJ-lə edəcək. Müğənnilərin pul qazanmaqları qutardı, onların bazarı öldü.
2017-ci il son olacaq, hamı toya DJ çağıracaq, toyları onlar aparacaq. Mənə maraqlıdır ki, müğənnilərin qazancları azalır, xərcləri artır. Amma hamı müğənnidən kömək istəyir. Kaş məndə pul çox olardı, hər kəsə köməklik edərdim. Ac qarın doyuranda ləzzət alıram. Amma bu işin axırı yaxşıya getmir".