Rusiya MN: Qara dənizdə “Tu-154” təyyarəsinin qalıqları tapılıb

Rusiya Müdafiə Nazirliyinin radardan itər “Tu-154” təyyarəsinin qalıqları Qara dənizdə Soçi sahillərindən 1,5 km uzaqlıqda, 50-70 metr dərinlikdə aşkarlanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi yerli vaxtla saat 05.40 (Bakı vaxtı ilə saat 06.40) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan qısa müddət sonra radardan itib. Suriyanın Xmeymim aerodromuna uçan Təyyarədə 83 sərnişin və 8 heyət üzvü olub.
Şərhlər
Dünya bölməsinin xəbərləri