Gəncədə 26 yaşlı gənc elektrik cərəyanı vurması nəticəsində ölüb
- 25.12.2016, 14:25,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Goranboy rayon sakinin Gəncədə elektrik cərəyanı vurub.
APA-nın verdiyi məlumata görə, hadisə Türklər qəsəbəsində baş verib.
Yeni tikilməkdə olan obyektlərin birində çalışan Goranboy rayon sakini 1990-cı il təvəllüdlü Paşayev İsmət Mahmud oğlu işləyən zaman elektrik cərəyanı onu vurub. Ona dərhal yardım göstərilsə də, həyata qaytarmaq mümkün olmayıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.