Bakının ticarət mərkəzində uşağın barmağı eskalatora ilişib

Bakı şəhəri, Nərimanov rayonunda yeləşən "Metropark" ticarət mərkəzində bədbəxt hadisə baş verib.


Live.Az xəbər verir ki, Nərimanov Rayon Prokurorluğundan report-a verilən məlumata görə, ticarət mərkəzində eskalatorla hərəkət edən 6 yaşlı A.B. adlı qız ağır xəsarət alıb.


Belə ki, 2010-cu il təvəllüdlü uşağın ayağı eskalatora ilişib və barmağının bir hissəsi qopub. Azyaşlı xəstəxanaya çatdırılıb, onun ayağının bir barmağı amputasiya olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri