Fazil Mustafadan həmkarının “otxod” açıqlamasına - Reaksiya
- 26.12.2016, 12:29,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Millət vəkili Fazil Mustafa həmkarı Astan Şahverdiyevin Rusiyada işləməyə gedənləri “otxod” adlandırmasına reaksiya verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan millət vəkili qeyd edib ki, Rusiyaya köçüb getmiş azərbaycanlılara qarşı "otxod" sözünün işlədilməsinə münasibəti birmənalı mənfidir:
“Azərbaycandan xaricə getməyə məhkum olmuş insanlara bu cür yanaşma yolverilməzdir. Hətta onların içində Rusiya və başqa ölkələrdə davranışlarına görə müəyyən problemlər yaradan insanlar varsa, bunun da günahını onların yetişdiyi məhz buradakı təhsil, ailə və sosial mühitində axtarmaq lazımdır. Orada Azərbaycanı ləyaqətlə təmsil edən minlərlə tanıdığımız və tanımadığımız insanlar var. Bu insanların böyük əksəriyyəti adi yaşamını təmin etmək üçün ölkəni tərk etməyə məcbur olublar. Azərbaycanda minlərlə ailələr var ki, yaşamaq üçün ümidlərini oradan yaxınlarının göndərdiyi vəsaitə dikiblər. Ümumilikdə isə, mühacirətdə olan həmvətənlərimizə münasibətimiz fikrimcə belə düzənlənməlidir: Yaxşıları, faydalıları dəstəkləyərək nümunəyə çevirmək, pis obrazda tanınanların yaşadıqları cəmiyyətə islah olunaraq inteqrasiyasına yardım etmək. Yəni diasporanın keyfiyyətini yüksəltməyin yolu ona dövlət olaraq, cəmiyyət olaraq səmimi və məqsədyönlü şəkildə sahib çıxmaqdan və onlardan ölkənin mənafeyi üçün faydalanmaqdan başlayır”.