Azərbaycanda mənzil təminatının inkişafı ilə bağlı tədbirlər ÜDM-i 250 mln. manat artıracaq
- 26.12.2016, 17:23,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb.
APA xəbər verir ki, xəritədə müəyyən edilmiş hədəflərə nail olmaq üçün 6 prioritet üzrə tədbirlər görüləcək, müvafiq imkanlardan və üstünlüklərdən tam istifadə ediləcək.
2020-ci ilədək strateji baxışda 2025-ci il üzrə uzunmüddətli baxışın aşağıdakı komponentləri prioritet təşkil edəcək:
- təxirəsalınmaz mənzil ehtiyaclarının qarşılanması üçün “MİDA” MMC tərəfindən uyğun qiymətə mənzil təminatı layihələrinin hazırlanması və həyata keçirilməsinin təşkili;
- uyğun qiymətə mənzillərin, həmçinin müvafiq sosial infrastrukturun, ictimai binaların (inzibati, qeyri-yaşayış və s.) tikintisində “MİDA” MMC-nin mövqeyinin daha da gücləndirilməsi üçün müvafiq normativ hüquqi baza yaratmaqla, Mənzil İnşaatı Dövlət Agentliyinə dəstək verilməsi və maliyyə vəsaitlərinin cəlb edilməsi.
6 prioritet üzrə tədbirlərin icra edilməsi nəticəsində Azərbaycanda 2020-ci ildə real ÜDM-in 250 mln. manat artacağı və bu sektorda 6000 əlavə iş yerinin yaradılacağı proqnozlaşdırılır.