Park Cinema kinosevərlərə aksiyalar keçirir
- 27.06.2013, 12:45,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ölkənin aparıcı kinoteatrı Park Cinema sürprizli biletlərin satışına start verdi.
Hər 10-15 alıcı Coffee Shop-da yararlana biləcəyi İkinci qəhvə pulsuz! və Segafredo Zanetti-də (Park Bulvar) keçərli olan Pulsuz qəhvə! işarəli bileti qazana bilər.
“Biz belə aksiyaların tez-tez keçirilməsinin tərəfdarıyıq: onlar satışın artırılması ilə bərabər, müştərilərimizi sevindirir və onların brendimizə olan müsbət münasibətini artırır. Yaxınlarda keçirdiyimiz aksiyalardan Anadolu və McDonald’s restoranlar şəbəkələri ilə birgə keçirdiyimiz aksiyalar sayəsində buranın müştəriləri bonus olaraq kinoya biletlər əldə edirdilər. Hal-hazırda analoji kampaniyalar Rahat Market şəbəkəsi və kabel televiziyası operatoru KaTV1-lə də keçirilməkdədir”, - söyləyərək Park Cinema şəbəkəsinin direktoru Namiq Quliyev açıqladı.
Qeyd edək ki, Park Cinema-da Maksimum Gənc proqramı fəaliyyət göstərir ki, bunun sayəsində Azercell abunəçiləri birinin qiymətinə 2 bilet əldə edə bilirlər.
Respublika günündə start götürmüş böyük əhəmiyyət kəsb edən və ölkə miqyasında keçirilən “Ölkəm, doğum günün mübarək!” kampaniyası hər bir vətəndaşa doğum günündə kinoya pulsuz getmək imkanını yaradır!
Ötən il Park Cinema kinoprokat sahəsində ilk loyallıq proqramı olan özəl bonus proqramını yaratmışdır.
Yaxın gələcək planları haqqında əminliklə demək olar ki, şəbəkə sürətli templərlə böyüyərək inkişaf edəcək. Yay mövsümü zamanı daha bir Park Cinema kinoteatrı Amburan Beach Club-da fəaliyyətə başlayacaq.
Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətinə başlamışdır. Hal-hazırda şəbəkə 12 zal və 2000-dən artıq oturacaq yerlə təqdim olunub. Mədəniyyət ocağının fəaliyyəti ilk növbədə əhalinin mənəvi tələbatının ödənilməsinə xidmət edərək insanların mədəni-maarifləndirilməsinə istiqamətləndirilib. Park Cinema kinoteatrlar şəbəkəsinin qarşısına qoyduğu əsas vəzifələrdən biri kinoya getmək mədəniyyətini gənc nəsil arasında bərpa edib, əhalini yüksək kino mədəniyyətinə alışdırmaqdır.
(adv)