Bakıda qaz kəmərində partlayış olub, yanğın başlayıb

Bakıda qaz kəmərində partlayış olub.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində qeydə alınıb. Partlayışdan sonra qaz xəttində yanğın başlayıb. Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib.


Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Şərhlər
Hadisə bölməsinin xəbərləri