“Azərişıq”: Magistral qaz kəmərindəki yanğın elektrik enerjisi təchizatına təsir edib
- 27.12.2016, 13:21,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində “Azərenerji” ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb.
Bu barədə APA-ya “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, bununla əlaqədar olaraq “Azərişıq” ASC-nin şəbəkələrində də qismən məhdudiyyətlər tətbiq edilib və elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb: “Yaranmış narahatlığa görə “Azərişıq” ASC abonentlərindən üzr istəyir”.