Marneulidə qadın ərini balta ilə qətlə yetirib
- 27.12.2016, 13:22,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstanda qadın 28 yaşlı ərini balta ilə qətlə yetirib.
APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Təzəkənd kəndində baş verib.
Qətlin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Ərini öldürən qadın artıq saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.