Azərbaycanda 2020-ci ildən elektromobillərdən istifadə ediləcək

2020-ci ildən etibarən Azərbaycanda elektrik mühərriki ilə işləyən avtomobillərdən istifadə edilməsi gözlənilir.

APA xəbər verir ki, bu, Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulub.

"Azərbaycanda bunun üçün tam formalaşmış elektrik enerjisi infrastrukturunun yaradılması ilkin şərt kimi nəzərdən keçirilir", - deyə sənəddə qeyd edilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri