Köhnə qaz xətlərinin yenilənməsinə 1,5 mlrd. manat xərclənəcək
- 29.12.2016, 11:58,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Köhnə qaz boru xətlərinin modernləşdirilməsi və ya tikintisi üçün 1 mlrd. 515 mln. manat investisiya qoyuluşu tələb olunur.
APA xəbər verir ki, bu, Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulub.
Sənəddə vurğulanır ki, SOCAR-ın "Azəriqaz" İB tərəfindən təbii qazın paylanmasında əlavə nəticələr əldə edilməsinə kömək edəcək yeni investisiya layihəsi də hazırlanıb. Bu proqramın texniki-iqtisadi əsaslandırılması ayrıca olaraq həyata keçiriləcək.