Kreml rusiyalı diplomatların ABŞ-dan çıxarılmasına münasibət bildirib

Kreml rusiyalı diplomatların ABŞ-dan çıxarılmasına münasibət bildirib ABŞ administrasiyası Vaşinqton-Moskva münasibətlərinin tamamilə korlanması məqsədini güdür. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 35 rusiyalı diplomatların ABŞ-dan çıxarılmasına münasibət bildirərkən deyib.

“Bizim fikrimizcə, Vaşinqtonun, Vaşinqtondakı hazırkı administrasiyanın bu cür addımları, təəssüf ki, gözlənilməz, və demək olar ki, aqressiv xarici siyasətin təzahürüdür. Biz hesab edirik ki, səlahiyyət müddətinin başa çatmasına təxminən üç həftə qalan hazırkı administrasiyanın bu cür qərarları iki məqsəd güdür: onsuz da korlanmış Vaşinqton-Moskva münasibətlərinin tamamilə korlamaq və çox güman ki, ABŞ-ın yeni seçilmiş prezidentinin administrasiyasının xarici siyasət planlarına zərbə vurmaq”, - deyə Peskov bildirib.

Peskov, ikinci tezisin tamamilə ABŞ-ın daxili işi olduğunu qeyd edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri