“Kinder-sürpriz” yaradıcısı ölüb

“Kinder-sürpriz” yaradıcısı ölüb Şokolad və daxilində oyuncaq olan məşhur “kinder-sürpriz”in müəllifi Uilyam Selis 83 yaşında İtaliyada ürək tutmasından vəfat edib.

APA-nın “Meduza” nəşrinə istinadən verdiyi məlumata görə, U. Selis “Ferrero” şirkətinin rəhbərlərindən biri olub.

“Kinder-sürpriz” satışına 1974-cü ilin əvvəlində başlanıb və o vaxtdan indiyə qədər tək uşaqlar deyil, müxtəlif oyuncaq kolleksiyası yaradan böyüklər arasında da məşhurlaşıb.

Qeyd edək ki, ABŞ-da “kinder-sürpriz” satışı qadağan edilib. ABŞ qanunvericiliyi yeməli məhsulların tərkibində yeyilməsi mümkün olmayan detalların yerləşdirilməsini qadağan edir.
Şərhlər
Dünya bölməsinin xəbərləri