İstanbulda törədilmiş terrorda ölənlərin sayı 39-a yüksəlib, 69 yaralı var

İstanbulda törədilmiş terrorda ölənlərin sayı 39-a yüksəlib, 69 yaralı var İstanbulda gecə klubunda törədilmiş terrorda ölənlərin sayı 39-a yüksəlib.


APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Nazir ölənlərdən 16-nın başqa ölkələrin vətəndaşı olduğunu açıqlayıb.

O, xəstəxanalarda 69 yaralının olduğunu da deyib.


***


İstanbuldakı "Reina" gecə klubuna hücum nəticəsində 35 nəfər ölüb, 40 nəfər yaralanıb. APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin valisi Vasip Şahin bildirib.

Bundan əvvəl hücum zamanı iki nəfərin öldürüldüyü bildirilirdi.

Vali törədilmiş hücumu terror aktı adlandırıb. Onun sözlərinə görə, gecə klubuna hücumda bir nəfər iştirak edib. Naməlum silahlı şəxs yerli vaxtla 01.15 radələrində Ortakoy rayonunda yerləşən Reina gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb.

Hücum zamanı gecə klubunda 600-dək insan Yeni il bayramını qeyd edirmiş.

***


İstanbulun Beşiktaş rayonunda yerləşən "Reina" gecə klubuna hücum nəticəsində 2 nəfər ölüb, 20-dək şəxs yaralanıb

Santa Klaus geyimli naməlum silahlı şəxslər kluba daxil olaraq içəridəki insanlara açıb açılmayıb.

Məlumata görə, hücum edənlərdən biri hələ da binadanlardan birindədir.
Şərhlər
Dünya bölməsinin xəbərləri