Gecə klubunun sahibi: "ABŞ kəşfiyyatı hücum barədə xəbərdarlıq etmişdi"
- 01.01.2017, 10:11,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ kəşfiyyatı İstanbulda silahlı hücumun baş verə biləcəyi barədə əvvəlcədən xəbərdarlıq edib. APA-nın Hurriyet-ə istinadən verdiyi xəbərə görə, bu barədə silahlı hücuma məruz qalmış "Reina" gecə klubunun sahibi Mehmet Kocarslan bildirib.
"Amerika kəşfiyyatı terror aktı barədə xəbərdarlıq etmişdi. 7-10 gün bura ciddi təhlükəsizlik tədbirləri görülmüşdü", — deyə o bildirib.
Məlumata görə, terrorçu Kalaşnikov avtomatından atəş açıb.
İstanbul valisi hücum zamanı azı 35 nəfərin öldüyünü, 40-dan çox şəxsin yaralandığını bildirib.