Masallıda iki avtomobil toqquşub, iki nəfər ölüb, bir nəfər xəsarət alıb

Masallıda iki avtomobil toqquşub, iki nəfər ölüb, bir nəfər xəsarət alıb Masallıda ağır yol-nəqliyyat qəzası baş verib.


APA-nın məlumatına görə, hadisə bu gün saat 12.00 radələrində Masallı-Yardımlı şosesinin rayonunun Qəriblər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sürücülərinin şəxsiyyəti hələlik məlum olmayan “Fiat” markalı və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. Güclü zərbədən hər iki nəqlkiyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin “VAZ-2107”-nin sərnişini olan ər və arvad aldıqları çoxsaylı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Onların meyitləri morqa aparılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri almış “Fiat”ın sərnişini, 2004-cü il təvəllüdlü Zeynəb Həmzəyeva isə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşdırmalara başlanılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri